- Baxış sayı: 145
- 18 İyun 2026 18:26
- Baxış sayı: 120
- İyun 26, 2026
- 0

Antalya şəhərində Avropa kamandan oxatma federasiyasının 20-ci konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda bu idman növünün inkişafı, federasiya komitələrinin fəaliyyəti və təşkilatın yeni rəhbərliyinin seçilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Qurumun vitse-prezidenti vəzifəsində çalışmış Haqan Çağıroğlu (Türkiyə) federasiyanın yeni prezidenti seçilib. Azərbaycan kamandan oxatma federasiyasının baş katibi Fərid Xəlilov inkişaf və texniki komitəsinin üzvü seçilib.