İnam Kərimov ağırlıqqaldırma federasiyasına yeni prezident seçildi

Fevralın 19-da gənclər və idman nazirliyində Azərbaycan ağır atletika federasiyasının ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Öncə naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

AAAF-in son illərdə fəaliyyəti barədə hesabatı dinlənilib, federasiya üzvlərindən Vahid Nəzərov, Elxan Süleymanov, Azad Mustafayev hesabatla bağlı irad və təkliflərini bildiriblər. Federasiyanın nizamnaməsinə əlavə və dəyişikliklər səsvermə ilə qəbul edilib.

Sonra yeni seçkilər keçirilib. Kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın yeni prezidenti seçilib. Səbuhi Mehdizadə federasiyanın vitse-prezidenti, Anar Hüseynov, Nihad Məmmədli, Asif Məmmədov və Aydın Ağaəliyev idarə heyətinə üzv seçiliblər.

Yığıncaqda yeni prezident İnam Kərimov çıxış edərək, AAAF-in bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb. Tədbirin sonunda milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə söz alıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish