- Baxış sayı: 345
- 11 İyul 2025 12:59
- Baxış sayı: 170
- İyul 20, 2025
- 0
Tennis üzrə məşhur “Davis Cup” turnirində bu il Azərbaycan tennisçiləri böyük uğura imza atıblar. Allsport.az xəbər verir ki, mütəmadi olaraq 100-dən çox ölkənin qoşulduğu yarış bu dəfə Albaniyanın paytaxtı Tiranada təşkil olunur.
Baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimovdan ibarət milli 4-cü qrupdan 3-cü qrupa yüksəlib. Andorra və San Marinodan üstün olaraq pley-offa yüksələn komandamız bu dəfə Lixtenşteyn təmsilçilərindən güclü olub. Tamerlan Əzizov rəqibi Morits Qlauzeri hər iki setdə 6:1 hesabı ilə məğlub edib. Kənan Qasımov isə Serafin Zünd ilə qarşılaşmada qələbə qazanıb. İlk setdə 0:6 hesabı ilə uduzmasına baxmayaraq, milli üzvü əzmkarlıq göstərib və 6:3, 6:2 hesabları ilə qalib gəlib.
Bununla da, Azərbaycan tennisçiləri qatıldığı bütün görüşlərdə rəqibindən üstün olub. Beləliklə, milli 3-cü qrupa yüksəlib.