Keçmişdə barışmaz rəqiblər son zamanlar yaxın rəfiqə olublar

5-qat “Böyük dəbilqə” çempionu Mariya Şarapova kortda çox şeyə nail olub. Allsport.az saytı xəbər verir ki, əfsanəvi rusiyalı tennisçinin yeganə peşmançılığı amerikalı Serena Uilyamsa (2:20) qarşı üz-üzə görüşlərdə o qədər də yaxşı nəticə göstərməməsidir.

Bu, tərəflər arasında rəqabət mühitinin olmadığı anlamına gəlmir. Serena 2004-cü ildə “Uimbldon” finalında Mariyaya uduzması və bu məğlubiyyətin iki tennisçi arasında bir neçə dəfə ictimai qarşıdurmaya səbəb olmasından dərin kədər hissi keçirmişdi.

Şarapova ilə Uilyams arasındakı hər hansı bir fikir ayrılığı çoxdan geridə qalıb. Üstəlik, rusiyalı və amerikalı son illərdə yaxın dost olublar. Mariyanı ötən il Tennis Şöhrət Zalına qəbul mərasimində Serena təqdim etmişdi.

Həmin kateqoriyadan