- Baxış sayı: 48
- 30 Aprel 2026 15:08
- Baxış sayı: 118
- Aprel 30, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, Matteo Berrettininin son dövrdə kortdakı ustalığı ciddi şəkildə aşağı düşüb, lakin o, bunun Melissa Satta ilə münasibətləri ilə bağlı olduğunu inkar edir. 2021-ci il Uimbldon finalçısı və keçmiş dünya 6-cısı şəxsi həyatından razıdır. Satta Melissa tennicçidən 10 yaş böyükdür. Gözəlçə məşhur idmançılarla qalmaqallı eşq münasibətlər tarixçəsinə malikdir. 2006-cı ildən 2011-ci ilə qədər model Kristian Vyeri ilə görüşüb, lakin cütlük məşhur futbolçunun xəyanət iddiası səbəbindən ayrılıb.
Melissa dərhal NBA əfsanəsi Kobi Brayantla qeyri-rəsmi bir məkanda görünüb. O, səhər tezdən onun mehmanxana otağından çıxarkən şəkli yayımlanıb. Nəticədə, həyat yoldaşının basketbolçudan boşanmaq üçün müraciət etməsinə səbəb olub. 2020-ci ilin yanvar ayında təyyarə qəzasında faciəvi şəkildə həlak olan Kobi, böyük çətinliklə evliliklərini xilas edə bilib.
2011-ci ilin payızında o, qalmaqallı münasibətlərinin qızğınlığı azaldıqdan bir az sonra başqa bir ulduz futbolçu Kevin-Prins Boatenq ilə münasibət qurub. Onlar təxminən 9 il birlikdə olublar. Bh münasibətdən bir oğulları da dünyaya gəlib. Melissanın münasibətləri yalnız idmançılarla məhdudlaşmayıb. O, həmçinin İtaliyada televiziya aparıcısı Daniele İnterrante və iş adamı Canluka Vakkini də valeh edib.




