“Ağlamayacağıma söz vermişdim”

“Ağlamayacağıma söz vermişdim”

Rusiyalı tennisçi Mirra Andreyeva, komandasının səbrinə görə minnətdarlığını bildirib və etiraf edib ki, onunla işləmək heç də asan deyil. Allsport.az saytı xəbər verir ki, o, Madriddə VTA-1000 turnirinin finalında ukraynalı Marta Kostyuka ardıcıl setlərdə (3-6, 5-7) məğlub olub:

“Həmişə yanımda olduğunuz üçün komandama təşəkkür edirəm. Bağışlayın. Özümə ağlamayacağıma söz vermişdim. Bağışlayın. Sadəcə sizə baxmayacağam, çünki bu şəkildə daha asandır. Həmişə yanımda olduğunuz və bütün anlarda – həm yaxşı, həm də çətin anlarda məni dəstəklədiyiniz üçün təşəkkür edirəm”.

Həmin kateqoriyadan