Samir Abbasov: “Əks-hücumlarda rəqibi yaxalaya bildik”

“Sumqayıt” premyer liqanın 17-ci turunda evdə “Səbail”ə 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abbasov bunu deyib:

“Azarkeşlərimizi təbrik edirəm. Qış fasiləsinə kimi bəlkə də sonuncu yerdən qurtulduq. Qışdan sonra oyunumuzu daha da yaxşılaşdıracağıq. Matç həddən artıq gərgin keçdi. Əsasən də birinci hissə.

Qol vurandan sonra rəqib tərəfdən böyük təzyiqlə üzləşdik. Futbolçularım bunun öhdəsindən gələ bildilər. İkinci hissədə daha rahat idik. İkinci qolu da vurduq. Əks-hücumlarda rəqibi yaxalaya bildik”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish