- Baxış sayı: 28
- 05 May 2026 16:30
- Baxış sayı: 48
- May 06, 2026
- 0

2026-cı il üçün nəzərdə tutulan tarixlərdə edilmiş dəyişikliklərə uyğun olaraq, Sportakkord və Azərbaycanda tərəfdaşlar tədbirin bütün iştirakçılar üçün ən yüksək səviyyədə təşkil olunması məqsədilə yeni tarixlərin müəyyənləşdirilməsi istiqamətində sıx əməkdaşlıq ediblər.
Allsport.az saytı xəbər verir ki, beləliklə, 9–13 may 2027-ci ildə paytaxtda Beynəlxalq olimpiya Komitəsi, beynəlxalq federasiyalar, ev sahibi şəhərlər, media və yayım tərəfdaşları, eləcə də idman sənayesinin aparıcı nümayəndələrini bir araya gətirərək son illərin ən çox gözlənilən konvensiyalarından biri üçün xüsusi platformaya çevriləcək.
Sportaccord, həmçinin, cari il ərzində bir sıra təşəbbüslər üzərində fəaliyyətini davam etdirir və yaxın həftələrdə əlavə yeniliklərin açıqlanması nəzərdə tutulur. Eyni zamanda, təşkilat konvensiyanın gələcək tədbirləri ilə bağlı bir neçə digər şəhərlə müzakirələr aparır və qarşıdakı illər üçün əlavə ev sahibi şəhərlərin elan olunması planlaşdırılır. Bu isə Sportakkordun qlobal fəaliyyətinin genişlənməsini və inkişaf dinamikasını əks etdirir.
İmzalanan rəsmi müqaviləyə əsasən, 2026-cı il 24–28 may tarixlərində Sporakkord dünya idman və biznes sammiti Bakıda keçirilməsi planlaşdırılırdı.