- Baxış sayı: 55
- 05 May 2026 19:21
- Baxış sayı: 38
- May 06, 2026
- 0

Formula-1 Qətər hava yolları Azərbaycan qran prisinin 10 illik yubileyinə təsadüf edən yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli atmosfer vəd edir. Allsport.az saytı xəbər verir ki, yubiley proqramının əsas hadisələrindən biri isə dünya şöhrətli ifaçı Kəti Perrinin Bakıda səhnə alması olacaq. Qlobal musiqi səhnəsinin ən parlaq və nüfuzlu simalarından biri olan sənətçi 25 sentyabr tarixində keçiriləcək xüsusi gecədə minlərlə Formula-1 azarkeşinə unudulmaz əyləncə təqdim edəcək.
O, beynəlxalq musiqi dünyasının ən uğurlu ifaçılarından biridir. Sənətçinin mahnıları ümumilikdə 115 milyarddan çox dinlənmə toplayıb, albom satışları isə 70 milyonu ötüb. “Firevork”, “Roar” və “Dark Horse” kimi qlobal hitləri ilə yeddi “Diamond” sertifikatı qazanan müğənni rekordlar qıran dünya turları və möhtəşəm səhnə performansları ilə tanınır.
Əvvəl məlumat verildiyi kimi, yarış həftəsonunun konsert proqramında dünya şöhrətli DJ və prodüser Kəlvin Hərris də çıxış edəcək. İndi isə bu möhtəşəm siyahıya qlobal səhnənin ən tanınmış ifaçılarından biri — Kəti Perri qoşulur. Beləliklə, Azərbaycan mükafat yarışının 10 illik yubileyi yalnız tras üzərindəki həyəcanla deyil, həm də Bakıda keçiriləcək möhtəşəm musiqi proqramı ilə yadda qalacaq. Müğənninin çıxışı isə yarış həftəsonuna minlərlə azarkeş üçün unudulmaz atmosfer, emosiyalar və festival ruhu qatacaq.