- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

AFFA-nın apellyasiya arbitraj tribunalının növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda mübahisəli məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Premyer liqanın XXIII turunda “Neftçi” – “Turan Tovuz” oyununda “ağ-qaralar”a tətbiq olunan 15 000 manat cərimə ilə bağlı şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zərurəti ilə əlaqədar təxirə salınıb.
Bundan başqa, bayraqdarın eyni matçda azarkeşlərin hakimlərə qarşı kütləvi təhqiramiz ifadələr səsləndirməsinə görə, tətbiq olunan 8000 manat cərimə ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.