- Baxış sayı: 47
- 29 Aprel 2026 14:39
- Baxış sayı: 37
- Aprel 29, 2026
- 0

Azərbaycan idman akademiyasında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə “İdman analitikası və süni intellekt: elmi inteqrasiya” adlı tələbə və gənc tədqiqatçıların IV elmi-praktik konfransı keçirilib.
Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən AİA-nın rektoru Fuad Hacıyev təqdim olunan məruzələrin aktuallığını qeyd edərək, gənclərin elmi fəaliyyətə artan marağını müsbət qiymətləndirib. ASA-nın rektoru gənc tədqiqatçıların elmi təşəbbüslərinin bundan sonra da dəstəklənəcəyini diqqətə çatdıraraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfrans çərçivəsində 4 doktorant, 36 magistrant və 29 bakalavr olmaqla ümumilikdə 69 nəfər məruzə ilə çıxış edib. Sonda konfransda məruzə ilə çıxış edən iştirakçılara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.