Gəncə və Lənkəran milli finalçılarını seçdi. Sıra paytaxtdadır!

“Red Bull”un sürətli və dinamik küçə futbolu (“Four 2 Score”) Azərbaycanda böyük coşqu ilə davam edir. Allsport.az saytı xəbər verir ki, Lənkəran və Gəncədə keçirilən seçmələrinin ardından milli finala ilk vəsiqələrini qazanan komandaların adları məlum olub.

Lənkəranda komandalar final yeri uğrunda qızğın mübarizə aparıb. 1-ci yarımfinalda “Minionlar” komandası “Qartal”ı 4:0 yenib, digər yarımfinalda “Fırtına Lənkəran” komandası “Kənarmeşəni” 5:3 üstələyib.

Gəncədə “Gold” komandası “Kürpool” üzərində 7:1 inamlı qələbə qazanıb. 2-ci yarımfinalda “Mikrorayon” komandası FHN-i 2:1 məyus edib.

Növbəti seçmə mərhələsi 1–3 mayda Bakıda keçiriləcək. Milli final 9 mayda Avropa oyunları parkında baş tutacaq. Orada Bakı, Gəncə və Lənkərandan seçilən namizəd komandalar Azərbaycanın ən güclü komandası olmaq və dünya finalına vəsiqə qazanmaq uğrunda mübarizəyə aparacaq.

Qalib komanda 29 avqustda Kanadanın Toronto şəhərində “Red Bull Four-2 Score” dünya finalında Azərbaycanı təmsil edəcək.

Həmin kateqoriyadan