- Baxış sayı: 45
- 22 İyun 2026 12:01
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

2-qat olimpiya çempionu Yevgeni Plüşenko, Aleksey Mişinlə keçirdiyi təlim-məşq toplanışı haqqında müzakirə aparıb. Allsport.az saytı xəbər verir ki, birgə düşərgədə 9 ölkədən konkisürənlər iştirak edir:
“Mən həmişə demişəm və təkrar edirəm ki, idman siyasətdən kənardır. İdman birləşdirir, ruhlandırır və sərhədləri silir.
Moskva yaxınlığındakı “Plüşenkonun mələkləri” təlim bazamızda Aleksey Nikolay oğlu ilə təlim-məşq toplanışımıza Niderland, Çin, İsveçrə, Azərbaycan, Qazaxıstan, Ermənistan, Belarus, Bolqarıstan və Rusiyadan olan idmançıları salamlamaqdan məmnunam”.