- Baxış sayı: 47
- 06 May 2026 10:46
- Baxış sayı: 30
- May 06, 2026
- 0

“Pittsburq” qapıçı Stüart Skinnerə yeni müqavilə təklif etməyəcək. Allsport.az saytı xəbər verir ki, o, 2026-cı ilin yayında məhdudiyyətsiz azad agent olacaq.
Son müntəzəm mövsümdə Skinner, “Edmonton”dan mübadilə yolu ilə “Pinqvinz” tərəfindən alınıb. Yeni komandasında onun topu saxlamaq faizi 89,5%, qapıya vurulan qolların orta göstəricisi isə 2,99 idi. Pley-offda qapışı 0,873 qurtarış faizi göstərib və “Pittsburq” Stenli kubokunun ilk mərhələsində “Filadelfiya”ya məğlub olub.
27 yaşlı buzüstü hokkeyçi ötən mövsüm 2,6 milyon dollarlıq müqavilə əsasında oynayıb.