Son turun rəmzi gedişlərini kimlər etdi?

Bu gün “Büllur” sarayda açıq Bakı şahmat festivalının son turuna start verilib.

Allsport.az saytı xəbər verir ki, 9-cu turun rəmzi ilk gedişlərini Avropa şahmat birliyinin prezidenti Zurab Azmayparaşvili, Türkiyə şahmat federasiyasının prezidenti Fəthi Apaydın, Gürcüstan şahmat federasiyasının prezidenti Akaki İaşvili, Beynəlxalq şahmat federasiyasının baş katibi Lukas Turlej ediblər.

Yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. “Baku Open” festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.

Həmin kateqoriyadan