- Baxış sayı: 25
- 22 Sentyabr 2026 18:23
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Türkiyənin aparıcı – “A Haber” və “Sabah” media qurumları Azərbaycan idman akademiyasında xüsusi reportaj hazırlayıblar. Allsport.az saytı xəbər verir ki, süjet AİA-nın fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıqlarına həsr olunub.
Reportajda rektor Fuad Hacıyev, prorektor Ülkər Babayeva və əməkdaşlar müsahibə verib. Müsahibələrdə akademiyada həyata keçirilən yeniliklər, tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və idman elminin inkişafına yönəlmiş layihələr haqqında ətraflı məlumat verilib.