- Baxış sayı: 40
- 06 May 2026 13:57
- Baxış sayı: 30
- May 06, 2026
- 0

“Arsenal”ın hücumçusu Bukayo Saka komandasının çempionlar liqasının finalına yüksəlməsindən sonra sevincini bölüşüb. Allsport.az saytı xəbər verir ki, “topçular” evdə “Atletiko”nu 1:0 üstələyib (ilk oyunda 1:1) və 2006-cı ildən bəri ilk dəfə finala oynayacaq:
“Çox gərgin matç idi. Bu oyun hər 2 komanda üçün çox şey ifadə edirdi və finala yüksəlmək üçün yaxşı iş gördük, ona görə də xoşbəxtik. Çox gözəldir, bunun bizim və azarkeşlər üçün nə demək olduğunu görə bilərsiniz. Hamımız çox xoşbəxtik”.