Beynəlxalq reqatanın 2-ci günündə 1 qızıl, 1 gümüş, 2 bürünc

Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident kuboku”nun 2-ci günü “Kür” olimpiya tədris-idman mərkəzində baş tutub. Allsport.az saytı xəbər verir ki, təmsilçilərimiz bu ötüşmədə 1 qızıl, 1 gümüş, 2 bürünc olmaqla 4 medal qazanıblar.

Akademik avarçəkmədə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 1500 metr məsafəyə yürüşdə Azər İlyasov 1-nəfərlik qayıqda qızıl medala sahib olub. Biryerlik kayakda 500 metr məsafədə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə gümüş medal qazanıb.

Mustafa VəlizadəElmir Tarverdiyev cütü 2-nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində üçüncü olub. Niyaz Məlikovİvan Vorobjanski 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində 2-yerlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Həmin kateqoriyadan