“Biz də eyni ruhu hiss etmək istəyirik”

Allsport.az saytı xəbər verir ki, PSJ-nin baş məşqçisi Lüis Enrike çempionlar liqasının yarımfinalının cavab oyunu “Bayern”ə qarşı (ilk oyun 5:4 hesabı ilə qələbə ilə başa çatdı) öncəsi şərh verib.

“Münhendə əvvəlkindən fərqli oynamağa çalışacağıq. Rafa Nadal bir dəfə Federer və Cokoviçə qarşı matçların onun üçün ən yaxşı motivasiya olduğunu demişdi. Biz də eyni ruhu hiss etmək istəyirik.

“Bayern”ə böyük hörmətimiz var və bu, bizi inkişaf etməyə motivasiya edir. Sabah inanılmaz dərəcədə yaxşı oynayan bir komandanı məğlub etməyə çalışacağıq.”

Həmin kateqoriyadan