- Baxış sayı: 26
- 30 Aprel 2026 23:05
- Baxış sayı: 51
- Aprel 30, 2026
- 0

Bu gün güclülər dəstəsində 21-ci turdan təxirə salınmış 1 oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edib. Bərabər şəraitdə keçən oyunda “ağ-qaralar” 3 gün öncə böyü hesablı yenilginin əvəzini çıxıblar.
İlk hissə qarşılıqlı hücumlarla keçib və hesab qapılara top vurulmayıb. Görüşdə hesabı bayraqdar açıb. 55-ci dəqiqədə Emin Səfərov venesuelalı hücumameyilli yarımmüdafiəçi Freddi Varqasın sağ cinahdan ötürməsini başla dəqiq yerinə yetirdi.
“Kəhər atlar” çox çalışsa da, “xalq komandası” arxa xətdə etibarlı idi. Maraqlıdır ki, “Qarabağ”ın hesabına yazılan qolu da “Neftçi”nin futbolçusu vurub. Elə də təhlükəli olmayan durumda Elvin Bədəlov (85 dəq) topü öz qapısına göndərib.
Buna rəğmən, meydan sahibləri ruhdan düşməyiblər – son dəqiqələrdə yenidən təzyiqi artıraraq 90+2-ci dəqiqədə fərqləniblər. Kadi Borqes ekvadorlu Cordan Rezabalaya qarşı kobudluq edib. Sağ günc dairəsindən cərimə zərbəsini Breno Almeyda yerinə yetirib. Braziliyalı futbolçunun ötürməsini Cordan Rezabala bir qədər içəriyə, onun kimi meydana yenicə daxil olan Bassala Sambu başla qapıya göndərib – 2:1.
Bu qələbə yarış cədvəlində öndər olan “Sabah”ın da işin yarayıb. Sona 4 tur qalmış “Qarabağ”dan 13 xal öndə olan “bayquşlar” tarizində ilk çempionluğu daha erkən bayram edib.