- Baxış sayı: 93
- 27 Aprel 2026 19:13
- Baxış sayı: 68
- May 04, 2026
- 0

Heydər Əliyev fondunun təşəbbüsü ilə Bakı marafonuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilən yarışa 25 min iştirakçı qatılıb. Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə təmsilçiləri də yarışıblar.
Finiş xəttinə kişilər arasında ilk çatan türkiyəli Əhməd Alqanoğlu olub. İkinci yerdə ukraynalı Vitali Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yüskəldi Akərov qərarlaşıb. Qadınların mübarizəsində Rusiyadan Yelena Tolstiç birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.
“Neftçi” idman klubu da böyük heyətlə marafona qatılıb. Təmsilçilərimizdən Xədicə Eyvazova, Vəfa Abdullayeva, Leyli Əliyeva, Elvin Astanov, İmran Qarayev və Vladislav Kalmıkov 21 km məsafəyə qaçıblar. Səma İbrahimova, Sahil Məmmədov, Nərmin Hüseynli və Rübabə Hacızadə isə 42 km məsafəni tam qət edərək finişə çatıblar.
Sayca doqquzuncu dəfə keçirilən Bakı Marafonu ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunub, Dövlət Bayrağı meydanından start götürüb və iştirakçılar müəyyən edilmiş marşrut üzrə “Sea Breeze” ərazisində finiş xəttinə çatıblar.