- Baxış sayı: 30
- 05 May 2026 14:08
- Baxış sayı: 117
- May 04, 2026
- 0

İspaniya qadınlar çempionatının 26-cı turunda “Barselona” səfərdə “Espanyol”u 4:1 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, Kataloniya derbisində qələbə “narıncılar”ın qadın komandasına ilk la liqa titulunu qazanmağa imkan verib.
Aleksiya Putelyas 10-cu dəfə İspaniya çempionu olub. Bu nəticə ona digər klub əfsanəsi, həmçinin 10 dəfə la liqa qazanan Lionel Messi ilə bərabərlik qazandırıb. “Barsa”nın tarixində heç kim İspaniya çempionluğunu bu qədər çox qazanmayıb.
Lakin, “narıncılar” ilə qazanılan ümumi kubokların sayına görə Aleksiya Messini geridə qoyub. Messi katalonlarla 35 kubok qazanıb, Putelyas isə hazırda 36 kubok qazanıb. Oyunçu həmçinin karyerası boyunca 35 komanda kuboku qazanan Kriştianu Ronaldunu da geridə qoyub.