- Baxış sayı: 25
- 16 Aprel 2026 10:24
- Baxış sayı: 140
- Aprel 14, 2026
- 0

“Tottenhem” sol cinah müdafiəçisi Serxio Reqilonu cari mövsümün sonuna qədər icarə əsasında “Brentford”a göndərdiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, 27 yaşlı ispaniyalı 2023/24 mövsümünün ilk hissəsini icarə əsasında “Mançester Yunayted”də keçirib. O, mankunianlıların heyətində bütün turnirlərdə 12 oyun keçirsə də, qol vura bilməyib.
Onun “xoruzlar”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.