Azərbaycan – İtaliya matçı şotlandiyalı müəllimə həvalə edildi

AÇ-2016-nın seçmə mərhələsində keçiriləcək Azərbayca – İtaliya matçının hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, UEFA bu görüşü şotlandiyalı referiyə tapşırıb.

Qarşılaşmanı 36 yaşlı Uilyam Kollum idarə edəcək. Müəllim olan Kolluma yan xətt hakimləri Damyen Makqrayt (İrlandiya) və Fransis Konnor (Fransa) kömək edəcək. Dördüncü hakim isə Kollumun həmyerlisi Alastar Mater olacaq.

Qeyd edək ki, Azərbaycan – İtaliya matçı oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan