PSV-dən 8 cavabsız qol

PSV futbolçuları Niderland çempionatının 31-ci turunda “Herenven” üzərində böyük hesablı qələbə qazanıb.

Allsport.az xəbər verir ki, cümə axşamı Heerenvendə keçirilən görüş 8:0 hesabı ilə Piter Boşun komandasının xeyrinə başa çatıb.

Eyndhoven klubu üçün keçmiş “Spartak” oyunçusu Qus Thiel dubla imza atıb. Malik Tillman da iki qola imza atıb. Yoei Verman, Joan Bakayoko, Luk de Yonq və Patrik van Anholt hərəyə bir qol vurub.

PSV 84 xalla Erediviziyanın turnir cədvəlinə inamla başçılıq edir.

Həmin kateqoriyadan