Azərbaycanla oyun öncəsi Finlandiyaya qalib gəldilər

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AÇ-2017-nin seçmə mərhələsində mübarizə apardığı 7-ci qrupda daha bir oyun keçirilib. Allsport.az xəbər verir ki, Rusiya öz meydanında Finlandiya ilə üz-üzə gəlib.

Qarşılaşma şimal qonşularımızın qələbəsi ilə başa çatıb – 2:0. Qolları Ramil Şeydayevlə Andrey Panyukov vurub.

Qeyd edək ki, Azərbaycanın U-21 yığması bu gün səfərdə Almaniya ilə üz-üzə gələcək. Noyabrın 17-də isə komandamız Bakıda Rusiya ilə qarşılaşacaq.

Turnir cədvəli: Almaniya – 9, Avstriya – 9, Finlandiya – 9, Rusiya – 3, Azərbaycan – 3, Farer adaları – 0.

Həmin kateqoriyadan