“Belə məsələlərə diqqət yetirmirəm”

La liqanın prezidenti Xavyer Tebas, Xavinin “Barselona”nın baş məşqçisi kimi fəaliyyətini davam etdirmək qərarından danışıb.

Allsport.az xəbər verir ki, bu barədə o, “Barca Universal”a açıqlama verib:

“Bu, klubun qərarıdır. Təəccüblü və ya qəribə görünsə də, belə məsələlərə diqqət yetirmirəm… Məşqçilərə və onların qərarlarına münasibət bildirmək mənim vəzifəm deyil.

Laporta bunu məqsədəuyğun hesab edərsə və Xavi qane edərsə, bu, “Barselona” üçün daha yaxşı olar, amma bu mövzuda öz fikrim ola bilməz”.

Həmin kateqoriyadan