- Baxış sayı: 56
- 13 Avqust 2026 20:08
- Baxış sayı: 566
- Avqust 12, 2026
- 0

Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko Macarıstan çempionatının bürünc medalını qazanıb.
Allsport.az xəbər verir ki, hücumçumuzun formasını geyindiyi “Bekeşçaba” 3-cü yer uğrunda seriyada “Mav Elore”yə qalib gəlib.
Həlledici görüşdə Marqaritanın komandası 3:1 hesablı qələbə qazanıb. Bununla da “Bekeşçaba” seriyadakı hesabı 3:2-yə çatdırıb. Stepanenko son matçda 12 xal toplayıb.
Macarıstan çempionu adını Azərbaycan voleybolçusu Ayşən Abduləzimovanın kapitanı olduğu “Vaşaş” qazanıb.