- Baxış sayı: 7
- 03 Noyabr 2026 19:05
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Premyer liqanın 29-cu turunun təxirə salınmış oyunu İngiltərədə baş tutub və “Mançester Siti” səfərdə “Brayton”u 4:0 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, “şəhərlilər”in heyətində Fil Foden dubla imza atıb. Kevin de Bruyne və Yulian Alvares də hərəyə bir qol vurub.
Bu qələbə sayəsində Xosep Qvardiolanın komandası “Liverpul”u (75) üstələyərək (76 xal) turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Lider “Arsenal”ın isə 77 xalı var.