“Hələ uduzmağa çoxlu matçlar var”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hesab edir ki, son üç matçda iki məğlubiyyətə baxmayaraq, “Liverpul” premyer liqa çempionluğu uğrunda mübarizədən kənarda deyil.

Allsport.az xəbər verir ki, bu barədə mütəxəssis “sky sports”a açıqlama verib:

“Bu səhvdir. “Liverpul”un başına gələnlər, 2 məğlubiyyət, “Arsenal”ın da, bizim də başımıza gələ bilər.

Önəmli olan indi harada olduğumuzdur. Hələ uduzmağa çoxlu matçlar var”.

Həmin kateqoriyadan