“Sabah”a yeni format və təqvim

Azərbaycanı UEFA-nın gənclər liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının rəqibinin müəyyənləşəcəyi tarix və oyunlarının vaxtı bəlli olub.

Allsport.az xəbər verir ki, yeni formatda keçiriləcək 2024/25 mövsümünün çempionlar yolunun püşkü sentyabrın 3-də atılacaq.

Mərasim İsveçrənin Nyon şəhərində baş tutacaq. Əvvəlki illərdən fərqli olaraq çempionlar yolu 2 deyil, 3 mərhələdən ibarət olacaq. “Sabah”ın ilk raunddakı rəqibi, həmçinin digər mərhələlərdə qarşılaşa biləcəyi komandalar bəlli olacaq.

Tarixində ilk dəfə gənclər liqasında oynayacaq “Sabah”ın qatıldığı turnirin ilk mərhələsinin matçları sentyabrın 18-də və oktyabrın 2-də keçiriləcək. 2-ci raund oktyabrın 23-də və noyabrın 6-da, 3-cü mərhələ noyabrın 27-də və dekabrın 11-də baş tutacaq.

“Sabah” üç mərhələ adlasa, 1/16 finala yüksələcək. Bu raundda çempionlar liqası yolundan 22, çempionlar yolundan 10 komanda mübarizə aparacaq.

Həmin kateqoriyadan