“Bnei Yəhuda”nın yetirməsi “Sumqayıt”da

Dövrələrarası fasilədə heyətini gücləndirməyə davam edən “Sumqayıt” növbəti transferi edib. Allsport.az saytı xəbər verir ki, “kimyagərlər” Təl-Əvivin “Hapoel ” klubunda çıxış edən Əmir Ağayevlə 1,5-illik sözləşib.

27 yaşlı yarımmüdafiəçi “Bnei Yəhuda”nın yetirməsidir. “Omoniya” (Nikosiya, Kipr; 7 oyun, 2 qol) və “Beytar Yerusəlim” (5 oyun) klublarının uğurları üçün çalışan həmvətənimiz son komandasında 35 görüşdə 7 qol vurub.

Həmin kateqoriyadan