Dmitri Nazarovsuz “Ersgebirge” doğma meydanda “Nürnberq”ə uduzub

Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun komandası “Ersgebirge” doğma meydanda “Nürnberq”lə qarşılaşıb.

Ev sahibləri bu matçda məğlub olub – 1:2. Futbolçumuzun adı görüşün iştirak ərizəsinə daxil edilməyib. “Ağ-bənövşəyilər” 12 turdan sonra 10 xalla 18 klub arasında 16-cı sıradadır.

Həmin kateqoriyadan