Eddi İsrafilovlu “sarı qızdırmalar” Sequndada 2-ci yerə yüksəlib

İspaniya Sequndasının 10-cu turunda Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yer aldığı “Alkorkon” doğma meydanda “Qranada” ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, ev sahibləri bu oyunda 1:0 qalib gəliblər. Futbolçumuz start heyətdə meydana çıxıb və sonadək çıxış edib.

“Sarı qızdırmalar” 21 xalla 22 komanda arasında 2-ci pilləyə yüksəlib.

 

Həmin kateqoriyadan