“Ersgebirge”nin yeganə qolunun ötürməsini millimizin üzvü verib

Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin üzvü Dmitri Nəzərovun şərəfini qoruduğu “Ersgebirge” doğma meydanda “Darmştadt”la qarşılaşıb.

Bu görüşdə ev sahibləri qalib gəliblər (1:0). Yarımmüdafiəçimiz həmişəki kimi sonadək oynayıb. O, komandasının yeganə qol ötürməsini verib.

Aue təmsilçisi 22 xalla 18 klub arasında 10-cu yerə yüksəlib.

Həmin kateqoriyadan