“Xəzri” yarımfinal seriyasında üstünlüyü ələ keçirib 

“Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL)  növbəti yarımfinal oyunu baş tutub.

Allsport.az xəbər verir ki, pley-off ‘un yarımfinal mərhələsində, “NTD-İndiqo” və “Xəzri” komandaları seriyanın 1-ci oyununa çıxıblar. Oyunun əvvələrindən bərabər şəkildə davam edən mübarizə, yekunda “Xəzri” nin 63-61 hesablı qələbəsi ilə bitib. Bu qələbə ilə “Xəzri” seriyanın ümumi hesabında 1-0 önə keçib.

Ən məhsuldar basketbolçular: “Xəzri” (Cordan Perkins – 15 xal, 10 ötürmə), “NTD-İNDİQO” (Qeylen Smit – 20 xal, 12 götürmə).

Qeyd edək ki, “NTD-İndiqo” və “Xəzri”  komandaları arasında yarımfinal seriyasının 2-ci oyunu 11 may tarixində baş tutacaq.

Həmin kateqoriyadan