Həndbol üzrə ölkə yarışı

Həndbol üzrə Azərbaycan birinciliyinin daha bir zona yarışına bu gün start veriləcək.

Allsport.az xəbər verir ki, Şirvan olimpiya idman kompleksində keçiriləcək turnirdə yerli həndbolçularla yanaşı, Gəncə, Mingəçevir, Göygöl, Tovuz və Şəkini təmsil edən 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı qızlar mübarizə aparacaqlar.

Yarış saat 11:00-da başlayacaq.

Qalib komandalar iyunda Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Həmin kateqoriyadan