Avropa çempionları dünya kubokunda

Akrobatika üzrə Azərbaycan millisi mayın 10-12-də Burqasda keçiriləcək dünya kubokunda iştirak edəcək.

Allsport.az xəbər verir ki, yığmamız Bolqarıstana güclü heyətlə yollanacaq.

Heyətdə qarışıq cütlərdə mübarizə aparacaq dəfələrlə Avropa çempionu olan Raziyə Seyidli və Ağasif Rəhimov, həmçinin qitə çempionatının qalibi olan kişilərdən ibarət duet – Daniel Abbasovla Murad Rəfiyev də yer alıblar.

Dünya kubokunda daha bir qarışıq cüt mübarizə aparacaq. Milana Əliyeva və Sabir Ağayev də bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, Burqasdakı yarış dünya kubokunda mövsümün ilk yarışı olacaq.

Həmin kateqoriyadan