“Yüngül çəkidə hələ bir az işim qalıb”

Rusiyalı döyüşçü, yüngül çəkidə UFC dünya çempionu İslam Mahaçev çəki kateqoriyasını dəyişməzdən əvvəl neçə titul müdafiəsi keçirməyi planlaşdırdığını açıqlayıb.

Allsport.az xəbər verir ki, iyunun 2-də Mahaçev Nyu-Cersidə (ABŞ) UFC-302 turnirində amerikalı Dastin Puarye ilə çempionluq döyüşü keçirəcək.

“Yüngül çəkidə hələ bir az işim qalıb. Başqa çəki dərəcələrindən olanlara imkan vermək istəmirəm. Mən artıq Volkanovskiyə 2 imkan vermişəm. İndi mənə ikinci kəmər üçün imkan lazımdır. Artıq titul vurmağa layiq rəqib yoxdur. Bundan sonra mən ağır çəkidə çempionla döyüşməyə hazır olacam” – deyə Mahaçev “Yahoo Sports”a müsahibəsində bildirib.

Həmin kateqoriyadan