Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır

Bu gün güləş üzrə dünya olimpiya təsnifat turnirinə start veriləcək.

Allsport.az xəbər verir ki, İstanbulda yarışın ilk günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq.

Azərbaycan millisinin 4 “klassik”i Paris-2024-ə son lisenziyalar üçün mübarizə aparacaq. Təmsilçilərimiz bunun üçün ilk üç yerdən birini tutmağa çalışacaq.

Yunan-Roma güləşi
60 kq

Murad Məmmədov təsnifat mərhələsində Aleksandrs Yurkyans (Latviya) ilə qarşılaşacaq.

87 kq
Rafiq Hüseynovun təsnifat mərhələsindəki rəqibi İlyas Paqkalidis (Yunanıstan) olacaq.

97 kq
Təsnifat mərhələsindən yarışa başlayan Murad Əhmədiyev Riçard Karelsonu (Estoniya) sınağa çəkəcək.

130 kq
Sabah Şəriəti təsnifat mərhələsini adlamaq üçün Nikolaos Ntunyasa (Yunanıstan) qalib gəlməlidir.

Həmin kateqoriyadan