Filip Ozobiçin yubiley qolu

Topaz premyer liqasının 25-ci turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ” 3:0 hesabı ilə qalib gəlib. Allsport.az saytı xəbər verir ki, bu, “qırmızı-qaralar”ın tarixində 48-ci böyükhesablı qələbədir. 3 və ya daha çox top fərqinin qeydə alındığı bu qarşılaşmalardan 27-si Premyer Liqada qeydə alınıb.

Cari mövsümdə 3-cü belə uğuruna imza atan komanda 2017-ci il noyabrın 25-də səfərdə “Kəpəz”i 6:1, dekabrın 3-də evdə “Keşlə”ni 3:0  hesabı ilə məğlub edib. 2018-ci ildə ilk böyükhesablı qələbəni bayram edən “Qəbələ” öz meydanında ümumilikdə 31-ci, premyer liqa matçlarında 16-cı dəfə belə fərqlə qalib gəlib.

“Kəpəz”lə oyunda hesabı açan Filip Ozobiç “Qəbələ”nin heyətində özünün yubiley qolunu vurub. Xorvatiyalı yarımmüdafiəçi 25-ci qoluna sevinib. Buna özünün 71-ci matçında nail olan Filip klub tarixinin bombardirləri siyahısında 4-cüdü. O, yalnız Viktor Mendi (33), Dodo (30) və Baqali Dabodan (26) geri qalır.

 

Həmin kateqoriyadan