Millimizin baş məşqçisinin ailəsi cəbhədə baş verənlərdən qorxub Xorvatiyaya qaçıb

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki hazırda vətənindədir. Allsport.az saytı xəbər verir ki, mütəxəssis, boş vaxtında yerli KİV-lərə açıqlama verib. Aprelin əvvəlində cəbhə bölgəsində baş verən hadisələrdən danışan xorvatiyalı çalışdırıcı, hadisədən bərk qorxduqlarını deyib:

“Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, müharibə və insan ölümü həmişə pisdir. Azərbaycandakı hadisələr paytaxtdan çox uzaqda, ölkənin qərbində baş verir. Buna baxmayaraq, həyat yoldaşım buna görə bir qədər qorxurdu. Çünki uşaqlarımız Bakıda məktəbə gedirlər. Hazırda onlar Xorvatiyadadırlar və bir neçə gün məktəbi buraxmalı olacaqlar”.

 

Həmin kateqoriyadan