“Oyunun böyük hissəsini azlıqda oynadığımızı nəzərə alsaq, bu hesabı qənaətbəxş saymaq olar”

“Maraqlı oyun keçdi. Azlıqda qalmamışdan öncə imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Meydanda azlıqda qalmağımız işimizi çətinləşdirdi”.

Allsport.az saytı xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Elşad Əhmədov premyer liqasının 21-ci turunda evdə “Sumqayıt”la 1:1 hesablı heç-heçədən sonra mətbuat konfransında söyləyib. 49 yaşlı mütəxəssis bildirib ki, matçın 28-ci dəqiqəsində Marko Deviçin 2-ci sarı vərəqədən sonra meydandan qovulması planlarını pozub:

“İlk hissədə qapımızda qol gördük. Fasilədə uşaqlar bu oyunu uduzmayacaqlarını dedilər. İkinci hissədə futbolçular xarakter nümayiş etdirdilər. 10 nəfər qalsaq da, hesabı bərabərləşdirməyi bacardılar. Oyunun böyük hissəsini azlıqda oynadığımızı nəzərə alsaq, bu hesabı qənaətbəxş saymaq olar”.

Həmin kateqoriyadan