FOTO
Pəhləvanlarımız dostluq görüşü öncəsi Parisdə məşqə çıxıb

4 dekabrda Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında dostluq görüşü keçiriləcək. Allsport.az xəbər verir ki, bu qarşılaşma cari ilin may ayında AGF prezidenti Fazil Məmmədovun fransalı həmkarı Alain Bertoloma qonaq olarkən razılaşdırılıb.

Ümumilikdə, 10 güləşçinin mübarizə aparacağı qarşılaşmada 3 çəkidə sərbəst, 3 çəkidə yunan-Roma və 4 çəki dərəcəsində qadın güləşçilər yarışacaq.

Artıq Parisdə milli komandamız təlim-məşq bazasında birgə hazırlaşıblar. Seçməmizin üzvləri əvvəlcə yüngül isinmə hərəkətləri ediblər. Sonra məşqçilərin tapşırığı ilə taktiki çalışmalar üzəribdə işlənilib.

Qonaq qismində dostluq görüşünə qatılacaq olimpiya çempionlarımız Namiq Abdullayev, Fərid Mansurov, Şərif Şərifov və Toğrul Əsgərov da komanda ilə birgə məşqdə iştirak ediblər.

IMG_4429-12171-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4437-12172-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4439-12173-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4440-12174-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4441-12175-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4445-12176-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4462-12177-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4466-12178-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4467-12179-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4473-12180-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_4544-12181-920-485-100-wm-right_bottom-100-imageswmpngfra_aze.jpg-12166-920-485-100-wm-right_bottom-100-imageswmpng

Həmin kateqoriyadan