“Bu gün mənim məşqçilik karyeramda ən xoşbəxt günümdür”

Milli gimnastika arenasında Avropa olimpiya təsnifatı sona yetdi. Allsport.az saytı xəbər verir ki, rəqabətə 5 sərbəst güləşçi ilə qatılan millimiz maksimum nəticə göstərdi. Yarış bitəndən sonra, baş məşqçimiz Hetaq Qazyumov sevincini KİV ilə bölüşdü:

“Bu gün mənim məşqçilik karyeramda ən xoşbəxt günümdür. Çox şadam ki, azarkeşlərə böyük sevinc gətirdim. Federasiya rəhbəri və ölkə qarşısında öhdəliyi yerimə yetirməkdən məmnunam. Fərəhlidir ki, planladığımız işlər sonda öz sözünü dedi və bu göstərdi ki, düz yoldayıq.

Uşaqlara böyük təşəkkür düşür: üzərlərinə düşəni maksimum yerinə yetirdilər. Fikrimcə, bu uğur bizim gənclər millisinə böyük örnək olacaq.

Əsas işimizi gördük, lisenziyalar tamdır. 3 gün sonra hazırlığa başlayacağıq. Gələn ay Azərbaycanda U-23 Avropa çempiontı keçiriləcək. Təlim-məşq toplanışında ilk növbədə hazırlıq olimpiya oyunlarına, ardınca gənclərlə birgə həmin yarışa olacaq”.

Həmin kateqoriyadan