- Baxış sayı: 87
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 87
- Sentyabr 24, 2026
- 0

23-26 apreldə Hövsan qəsəbəsində yerləşən “Xilasedici” idman-sağlamlıq klubunda sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, yarış müvafiq yığma komandalara seçim xarakteri daşıyır. İlk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Görüşlər hər gün saat 10:00-da başlayacaq. Yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək.