Qurban Qurbanov: Bu görüşü təhlil edib evdə daha hazırlıqlı olmalıyıq

Bu gün “Qarabağ” çempionlar liqasının 3-cü ələməsində Nikosiyada APOEL-ə 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu deyib:

“Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular. Rəqibin gücü hamıya məlumdur və bilirdik ki, ilk dəqiqələrdən təzyiq yaradacaqlar.

APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbəyə baxmayaraq, biz arxayınlaşmayacağıq. Yaxşı başa düşürük ki, bugünkü oyundan daha ağırı bizi Bakıda gözləyir. Bu qarşılaşmanı analiz edib cavab matçında daha hazırlıqlı olmalıyıq”.

Həmin kateqoriyadan