- Baxış sayı: 48
- 11 İyun 2026 16:38
- Baxış sayı: 132
- İyul 12, 2026
- 0

11 iyulda Şüvəlan qəsəbəsində yerləşən ağırlıqqaldırma arenasında “Təhsil” RİM-in 1 saylı İOEUGİM PHŞ-in şəhidi Əli Seyidovun xatirəsinə yeniyetmələr arasında respublika birinciliyi keçirilib.
Allsport.az saytı xəbər verir ki, tədbirdə Suraxanı icra hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, gənclər və idman nazirliyinin keçmiş müavini İsmayıl İsmayılov və idman ictimaiyyətinin digər görkəmli nümayəndələri, şəhid ailələrinin üzvləri və idmançılar yer alıblar.
Fəşfiyatçı çavuş rütbəsində xidmət edən şəhid Əli Rahim oğlu ölümündən sonra Azərbaycan respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Vətən uğrunda”, “Suqovşanın azadlığı uğrunda”, “Ağdamın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.