- Baxış sayı: 40
- 20 Oktyabr 2026 22:23
- Baxış sayı: 399
- Oktyabr 20, 2026
- 0

Albaniyanın Dürres şəhərində keçirilən ağırlıqqaldırma üzrə U-23 və gənclərin Avropa birinciliyində 9 medal qazanan Azərbaycan idmançıları vətənə qayıdıblar.
Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında idmançılar üçün təntənəli qarşılanma mərasimi təşkil olunub.
Qarşılanma mərasimində Avropa birinciliyinin mükafatçıları media nümayəndələrinin suallarını cavablandırıblar.
Azərbaycan yığması qitə birinciliyində üç idmançı ilə təmsil olunub və onların hər biri medal qazanmağı bacarıb.