- Baxış sayı: 80
- 16 Oktyabr 2026 23:01
- Baxış sayı: 229
- Oktyabr 16, 2026
- 0

Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.
Allsport.az xəbər verir ki, “Neftçi” idman klubunun 86 kq-da təmsilçi birdən qaldırma hərəkətində 94 kq çəkinin öhdəsindən gələrək 2-ci olub, təkanla qaldırmada bürünc medala yiyələnib. O bu dəfə 115 kq nəticə göstərib. Beləliklə, 2 hərəkətin cəmində 209 kq nəticə ilə Avropa birinciliyinin gümüş medalına yetişib.
İdmançıların mükafatlandırma mərasimində AAF-nin vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.
Baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında Avropa birinciliyinə yollanan hər 3 idmançımız yarışı medallarla başa vurub. Buna qədər “körpücük” üzərinə çıxan Fuad Həsənov və Qasım İsmayılov da hərəyə 3 medal qazanmışdıılar.